Kişi şahmatçılarımızdan qələbə, qadınlardan heç-heçə

Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının yeddinci turunun oyunları başa çatıb. 

Newsport.az-ın məlumatına görə, kişi şahmatçılarımız İsveçrə komandasına 2,5:1,5 hesabla qalib gəlib.

Qadın yığmamızın Gürcüstan komandası ilə qarşılaşması isə heç-heçə başa çatıb. Aktivində 10 xal olan qadın komandamız liderlər qrupunda mövqeyini qoruyub saxlayıb (3-cü yer). Kişi şahmatçılarımız isə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıblar.

VII tur, kişilər

Azərbaycan - İsveçrə - 2,5:1,5

Şəhriyar Məmmədyarov - Sebastyan Boqner - 0,5:0,5

Rauf Məmmədov - Yannik Pelletye - 0:1

Qədir Hüseynov - Niko Georgiadis - 1:0

Eltac Səfərli - Oliver Kurmann - 1:0

Gürcüstan - Azərbaycan - 3:1

Nana Dzaqnidze - Günay Məmmədzadə - 1:0

Lela Cavaxişvili - Xanım Balacayeva - 0,5:0,5

Bela Xotenaşvili - Gülnar Məmmədova - 1:0

Meri Arabidze - Türkan Məmmədyarova - 0,5:0,5





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right