"Qəbələ"nin boksçuları Antalya toplanışında

“Qəbələ” İdman Klubunun boksçuları Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, klubun boks bölməsinin üzvləri iki həftədi qonşu ölkədə hazırlıq keçirlər. Toplanışda 4 komandanın təmsilçiləri iştirak edir. “Qəbələ”nin 5 boksçusu - Rüfət Hüseynov (52 kq), Cavid Cələbiyev (63 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq) və Abdulkadir Abdullayev (91 kq) toplanışa qatılıb.

Boksçularımız Türkiyə yığması, həmçinin Rusiyanın Sankt-Peterburq, Qazaxıstanın Karaqanda şəhərlərinin idmançıları da birgə məşq edirlər. Təlim-məşq toplanışı Azərbaycan yığmasının üzvü olan boksçularımız üçün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının gələn il martın 13-23-də Böyük Britaniyanın paytaxtı Londonda baş tutacaq Avropa Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right