Şərifov Avropa üçüncüsü oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaş 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Newsport.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar. Bu gün onlardan daha biri – Elşad Şərifov körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 123 kq-ı ram etməklə 7-ci yeri tutub.

Şərifov təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 160 kq-ı qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Toplam 283 kq (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right