"Bura həmişə birinci yeri tutmaq məqsədi ilə gəlirəm"

"Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb" 

Newsport.az-ın məlumatına görə, bunu Trend-ə bədii gimnastika üzrə Regionlar Kubokunun iştirakçısı, Qusar şəhərini təmsil edən Səda Nazurova deyib.

S.Nazurova bildirib: "Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlara həmişə yaxşı çıxış etmək və birinci yeri tutmaq məqsədi ilə gəlirəm. Regionlar Kuboku vacib yarışmadır, ona görə də çıxışdan əvvəl konsentrasiya olmaq elementləri təkrar etmək lazımdır".

Gimnast vurğulayıb ki, Milli Gimnastika Arenasında məşqlər üçün mükəmməl imkanlar yaradılıb: "Mənim yarışa yaxşı hazırlaşmağa vaxtım olub. Milli Gimnastika Arenasında idmançılara ən yaxşı şərait yaradılıb, hər şey rahatdır".

    




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right