Millimiz dünya çempionatına Mahaçqalada hazırlaşır

Sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir. Newsport.az xəbər verir ki, oktyabrın 10-da bu ölkənin paytaxtı Mahaçqalada startı verilən TMT 23 yaşadək güləşçilərin dünya çempionatına hazırlıq xarakteri daşıyır.
 
Ayın 23-dək davam edəcək hazırlıq prosesində yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında müvafiq komandamız yerli güləşçilərlə birgə toplanış keçir.
 
Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right