Hacı Əliyev: "Hələ ardıcıl iki turnirdə uduzduğumu xatırlamıram"

Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnirdə azərbaycanlı sərbəst güləşçi Hacı Əliyev uğursuluqla üzləşdi.
 

Newsport.az-ın məlumatına görə, ötən ay dünya çempionatında uğur qazana bilməyən 65 kq-da yarışan 28 yaşlı idmançı sportyakutia.ru saytına açıqlama verib:

"Təəssüf ki, belə oldu Yakutskda ən yaxşı görüşümü keçirə bilmədim. Azarkeşləri razı salmadığım üçün məyusam. Bəhanə gətirmək istəmirəm. Qazaxıstandakı dünya çempionatından sonra Dmitri Korkin turnirində də uğursuz oldum. Hələ ardıcıl iki turnirdə uduzduğumu xatırlamıram.

Rəşidovla görüşümə toxunmayaq. Şarastepanovla qarşılaşmada öndə idim və arxayınlaşdım. Bəli, o, yaxşı güləşçidir. Səhv etməsəydim, onu rahat məğlub edəcəkdim. Son saniyələrdə üç xal qazananda vaxtın bittidiyini düşündüm. Mənim üçün yaxşı dərs olacaq. Bu, üçqat dünya çempionunun hələ öyrənməyə davam etməli olduğunu göstərir. Buna görə daha çox məşq etməlisən. Ardıcıl qələbə qazananda hamı səni tərifləyir, güclü olduğunu deyir. Bütün bunlar səni arxayınlaşdırır, hər şeyin yolunda getdiyini düşündürür.

Yakutskdakı turnir mənə üzərində çalışacağım səhvlərimi göstərdi. Bu ilin mənim üçün uğursuz olduğunu demək olmaz. Avropa çempionatının və Avropa oyunlarının qalibi oldum. Olimpiadada dünya çempionatının uğursuzluğunu qələbə ilə əvəz edəcəm. Tokiodakı Olimpiya Oyunlarından sonra növbəti Dmitri Kokrin turnirinə qatılacam. Sizə söz verirəm".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah