14 yaşlı azərbaycanlı şahmatçı dünya çempionu oldu

Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu olub.

 

Newsport.az-ın məlumatına görə, Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən dünya çempionatında 14 yaşlıların yarışına ilk turlardan liderlik edən Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzol ilə üz-üzə gəlib. 

 

Rəqibini məğlub edən (1:0) Azərbaycan təmsilçisi yarışın qalibi olub. 

 

Şahmatçı 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasındakı Avropa çempionatında da qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right