Azərbaycan atleti finişə çata bilmədi DÜNYA ÇEMPİONATI

Qətərin paytaxtı Dohada yüngül atletika üzrə dünya çempionatı davam edir. 

Newsport.az saytının məlumatına görə, yarışda 4 idmançı ilə qatılan Azərbaycan medalsız qalıb.

Son olaraq, mübarizəyə qoşulan Evans Kiplaqat da ümidləri doğrultmayıb. Atletimiz marafon yarışında finişə çata bilməyib. Keniya əsilli idmançı 25 km-dən sonra qaça bilməyib və DÇ-dəki çıxışını başa vurub.

Qeyd edək ki, ölkəmizi dünya çempionatında Nazim Babyev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right