Teymur Rəcəbov zəfəri şərh etdi

Şahmat üzrə Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun qalibi Teymur Rəcəbov oyundan sonra açıqlama verib.

Newsport.az saytının məlumatına görə, 32 yaşlı qrossmeyster qələbədən çox xoşbəxt olduğunu deyib:

“Hisslərimi ifadə etmək çətindir. Çünki ilk dəfədir bu cür turnirin qalibi oluram. Həqiqətən, çox xoşbəxtəm. Belə bir titula sahib çıxmışam. Özünüz gördüyünüz kimi çətin oldu. Hələ ki, qarşıda heç bir planım yoxdur. Ailəmin yanına, evimə gedəcəm. Komandamda olan hər kəsi təbrik edirəm”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right