Hacı Əliyev: "Hakimlərə haqqımı halal etmirəm"

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatını medalsız başa vuran Hacı Əliyev bu barədə “Instagram” hesabında paylaşım edib.

Newsport.az-ın məlumatına görə, o, mundialdan medalsız ayrılmasından və ona qarşı olan haqsızlıqlardan yazıb:

“Bu gün burdan (dünya çempionatından – red) əliboş gedirəm. Amma mənim haqqıma girənləri Allaha tapşırıram və başda oturan bütün hakimlərə haqqımı halal etmirəm. Bu son deyil, inşallah, hər şey qarşıda. Allah nə yazıbsa, xeyirlisi”.

Əliyev rusiyalı Hacımurad Rəşidovla görüşdə önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını silib.

Üçqat dünya və üçqat Avropa çempionumuz hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstərib.

Hacı Əliyev dünya çempionatı vasitəsilə Tokio Olimpiadasına vəsiqə qazana bilməsə də, hələ Yaponiyaya getmək imkanlarını itirməyib.

Martın 19-22-də Macarıstanın paytaxtı Budapeştdə Avropa, 30 aprel - 3 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada dünya lisenziya turnirləri keçiriləcək. Hər iki turnirin finalçıları Olimpiadaya lisenziya qazanacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right