Cəbrayıl Həsənov DÇ-nin finalında

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/2 final görüşünə çıxıb.

Newsport.az-ın məlumatına görə, 79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Slovakiya təmsilçisi Taymuraz Salkazanov olub. Görüş Həsənovun qələbəsi ilə yekunlaşıb - 4:3. Cəbrayıl ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib. 29 yaşlı idmançının finaldakı rəqibi Amerika təmsilçisi Kayl Deyk olacaq.

Son dünya çempionatının finalında Həsənov Deyklə qarşılaşmış və məğlub olmuşdu.

Görüş sabah keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right