Cüdoçularımız bu dəfə Özbəkistanda

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları start götürür.

 

Newsport.az xəbər verir ki, sentyabrın 22-nə qədər keçiriləcək turnirdə Azərbaycan əsas heyətlə təmsil olunacaq.

 

Kişilərin yarışında ölkəmizi Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev (hər ikisi 66 kq), Fəqan Quluzadə, Rüfət İsmayılov (hər ikisi 81 kq), Tural Səfquliyev, Aliumar Tumaev (hər ikisi 90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri və Şahin Qəhrəmanov (hər ikisi 100 kq-dan yuxarı) təmsil edəcəklər.

 

Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aleksandra-Larisa Florian (hər ikisi 52 kq) yarışacaqlar.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah