Sotomayor dünya çempionatına qələbə ilə başladı

Boks üzrə Azərbaycan millisinin daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Newsport.az xəbər verir ki, 69 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/32 final mərhələsində Avstraliya təmsilçisi Ceyson Mallia ilə üz-üzə gəlib.

Görüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. O, gərgin keçən döyüşdə rəqibini 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, 1/16 finala yüksəlib. Sotomayor növbəti qarşılaşmasında əlcəzairli Şemseddin Kramounu sınağa çəkəcək. Görüş sentyabrın 16-da olacaq.

Qeyd edək ki, mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) da 1/16 finala yüksəlib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right