Boksçumuz Avropa üçüncüsü oldu

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb. Newsport.az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb.

81 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right