Boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib.

Newsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin idmançısı Murad Allahverdiyev yarışın yarımfinalına vəsiqə əldə edib.

81 kq çəkidə mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda belaruslu Raman Kazyankovla üz-üzə gəlib. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Allahverdiyev rəqibini 4:0 (30:26, 30:26, 30:26, 30:26, 28:28) hesabı ilə üstələyib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right