"US Open"də finalın adı: Medvedev - Nadal

"US Open"də kişilərin mübarizəsində finalçılar müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Nyu-Yorkda keçirilən mövsümün sonuncu "Böyük Dəbilqə" turnirinin finalında ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev qarşılaşacaq.

Nadal yarımfinalda italiyalı Matteo Berrettinini məğlub edib - 7:6; 6:4; 6:1 (3:0). 33 yaşlı roketka ustası 27-ci dəfə "Böyük Dəbilqə" turnirlərində finala yüksəlib.

Medvedev isə yarımfinalda bolqarıstanlı Qriqor Dmitrovu üstələyib - 7:6; 6:4; 6:3 (3:0). 23 yaşlı roketka ustası "Böyük dəbilqə" turnirində finala yüksələn ilk rusiyalı tennisçi olub.

Nadalla Medvedevin finalı sabah Bakı vaxtı ilə 00:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right