Mehdiyev DÇ-yə uğurla başladı Yenilənir

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Newsport.az xəbər verir ki, bu gün ölkəmizi yarışda iki idmanşı təmsil edəcək.

Kişilərin yarışında Məmmədəli Mehdiyev və qadınların yarışında isə Günel Həsənli medallar uğrunda mübarizə aparacaq.

Kişilər, 90 kq

İlk mərhələdən azad olan Məmmədəli Mehdiyev ardından müvafiq olaraq İrji Petr (Çexiya) və Remi Fuilleni (Mavritiya) məğlub edib.

Qadınlar, 70 kq

Təmsilçimiz Günel Həsənli mübarizəni erkən dayandırıb. O, ilk raunddaca avstraliyalı Aoyfe Koflana yenilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right