Azərbaycan millisi Hollandiyaya uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ikinci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşıb. Macarıstanın paytaxtı Budapeştdə baş tutan görüşdə hollandlar 3:0 hesabı ilə qalib gəlib.

Milli ilk matçda Xorvatiya komandasını 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə məğlub etmişdi.

Millimiz avqustun 23-də keçirdiyi ilk oyunda Xorvatiya yığması üzərində əzmkar qələbə qazanmışdı (3:2). Avropa çempionatına 4 ölkə - Polşa, Slovakiya, Macarıstan və Türkiyə ev sahibliyi edir. Azərbaycan yığmasının da yer aldığı C qrupunun oyunları Budapeştdə keçirilir.

Qrupdakı Azərbaycanla yanaşı, Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstan da yer alıb. Qruplarda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

AÇ-2019. Qrup mərhələsi. 2-ci tur

 

Azərbaycan - Hollandiya 0:3 (15:25, 23:25 23:25)

Azərbaycan: Yana Əzimova, Odina Əliyeva, Ayşən Abduləzimova, Olena Həsənova, Anastasiya Bessonova, Yelizaveta Səmədova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Mariya Kirilyuk, Polina Rəhimova, Marqarita Əzizova, Bəyaz Əliyeva.

Hollandiya: Kristen Knip, Yvon Belien, Seleste Plak, Maret Balkestein-Grotheus, Juliet Lohus, Myrite Skott, Lonneke Slotjes, Anna Busiç, Britt Bongarts, Laura Dijkema, Marrit Jasper, Nika Dalderop, Nikola Koolhass.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right