Mİllimiz Avropa çempionatına qələbə ilə başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Covanni Kapraranın komandası Xorvatiya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdə keçirilən qarşılaşma yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra  Azərbaycan iki,  Xorvatiya isə bir xal qazanıb.

 

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü avqustun 25-də Hollandiyaya qarşı keçirəcək. 

23 avust

Avropa çempionatı, C qrupu, 1-ci tur

Azərbaycan - Xorvatiya - 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right