Yığmamız dünya çempionatına Türkiyədə hazırlaşır

Güləş yığmalarımız sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.

Newsport.az-ın məlumatına görə, kişi komandalarımızdan fərqli, qadınlardan ibarət millimiz ölkə xaricində təlim-məşq toplanışı keçir.

Baş məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun rəhbərliyi altında iyulun 21-dən Niğdə şəhərində Türkiyə yığmasıyla birgə hazırlıq keçən komandamız avqustun 4-dək toplanışı davam etdirəcək.

TMT əsasən fiziki hazırlıq üzərində qurulub. Heyətdə gənc güləşçilərimiz də yer alıb.

Onlar avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclərin dünya çempionatına hazırlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right