Millimizin heyəti açıqlandı

2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız dünən Bolqarıstana yola düşüb. Newsport.az xəbər verir ki, komandamız daha sonra Rusiya və Türkiyədə təlim-məşq toplanışında olacaq.

Yığma hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama oyunları da keçirəcək.

Bakıdakı hazırlıq prosesində 30-a yaxın idmançı iştirak etsə də, ölkə xaricində təşkil olunan təlim-məşq toplantısına 15 idmançı cəlb olunub.

Komandamız səfərə bu heyətlə yollanıb: Leyla Parşkova, Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Abduləzimova, Olena Həsənova, Yelyzaveta Səmədova, Anastasiya Bezsonova, Krystsina Yaqubova, Polina Rəhimova, Şəfaqət Alışanova, Bəyaz Alıyeva, Marharyta Əzizova, Maryia Kiryliuk, Kseniya Pavlenko.

Qeyd edək ki, qızlarımız Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah