Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Boks üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinov istefa verib. Newsport.az-ın məlumatına görə, o, bu barədə öz feysbuk hesabında məlumat paylaşıb.

Mütəxəssis Azərbaycan Boks Federasiyasının dəvəti ilə 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışdığı işindən ayrıldığını açıqlayıb: “Mənim Azərbaycan Boks Federasiyasının dəvətilə millidə keçirdiyim 3 il başa çatır.  2 il yeniyetmələr, 1 il isə əsas komanda ilə çalışdım. Bu müddətdə 2 qızıl, 5 bürünc və 2 gümüş medal əldə etdik. Hər kəsə təşəkkürümü bildirirəm”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right