"Məqsəd qrup birincisi olmaqdı" - millimizin üzvü

"Artıq 10 gündü Olimpiya Təsnifat oyunlarına hazırlıqlara başlamışıq. Milli komandamızın əsas oyunçuları da məşqlərə qoşulub". Newsport.az xəbər verir ki, bu sözləri voleybol üzrə qadınlardan ibarət milli komandamızın üzvü Ayşən Abduləzimova deyib.

Yığmamız Braziliyada keçiriləcək 2020 Olimpiya təsnifat mərhələsinə hazırlıqlarını Bakı Voleybol Mərkəzində davam etdirir. Turnirə hazırlığı dəyərləndirən 6 nömrəli oyunçu qarşıya qoyulan hədəfdən danışıb: "Qızıl Avropa Liqasında komandamızı gənc oyunçular təşkil edirdi. Avropa Liqasında əsas məqsəd gənclərin oyun təcrübələrinin artırılması idi. İndi isə gördüyünüz kimi, bütün oyunçularmız məşqlərdə iştirak edirlər. Avqustda keçiriləcək təsnifat oyunlarına hazırlıq ərəfəsində bizi bir neçə yoldaşlıq görüşləri və daha güclü məşqlər gözləyir. Təsnifat oyunlarında D qrupunda mübarizə aparacağıq. Rəqiblərimiz güclü komandalardı, amma biz də qələbə qazanmaq üçün mübarizə aparacağıq. Doğrusu, hər zaman qarşımıza qələbə qazanmaq məqsədi qoyulur. Yenə də qələbə qələbə qazanmaq və qrup birincisi olmaq əsas hədəfdi. Qarşıdakı oyunlarda hər zaman bizi dəstəkləyən azarkeşləri sevindirməyə çalışacağıq".

Qeyd edək ki, millimiz D qrupunda Dominikan Respublikası, Kamerun və Braziliya ilə mübarizə aparacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah