Yığmamız Minskdən döndü

Belarusun paytaxtı Minskdə başa çatan II Avropa Oyunlarında bir gümüş, bir bürünc medal qazanan yunan-Roma güləşçilərimiz bu gün Vətənə qayıdıb. Newsport.az xəbər verir ki, ənənəyə uyğun olaraq, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların təntənəli qarşılanma mərasimi keçirilib.

Vətənə qayıdan nümayəndə heyətini məşqçilər, idmançılar, azarkeşlər və KİV əməkdaşları qarşılayıb.

Yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Şaban Donat komandanın çıxışını belə dəyərləndirib: "Bizim üçün bu il ən önəmli yarış dünya çempionatıdı. Bütün gücümüzü lisenziya xarakterli mundial üçün səfərbər edəcəyik. Avropa Oyunlarında isə bəzi gənc güləşçilərimizi sınaqdan keçirdik. Üç medal da qazana bilərdik. Ancaq medal ümidimiz Kərim Cəfərov gəncdi və hələ təcrübəsini artırmalıdı. Bu yarışlar da məhz bunun üçündü. Güləşçiləri belə turnirlərdə sınaqdan keçirərək əsas heyəti formalaşdırırıq. Dünya çempionatına 2 ay qalıb. Bu yarışa yaxşı hazırlaşıb, Olimpiadaya maksimum sayda lisenziya qazanmağa çalışacağıq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah