Rəfael və Firdovsi finalda uduzdu - Avropa oyunları

Azərbaycan karateçiləri  Rəfael Ağayev və  Firdovsi Fərzəliyev  "Minsk 2019" II Avropa Oyunlarında final görüşlərinə çıxıb.

Newsport.az-ın məlumatına görə,  75 kq çəki dərəcəsində idmançımız R. Ağayev finalda Stanislav Horuna (Ukrayna) ilə qarşılaşıb. Məğlub olan (0:4) karateçimiz gümüş medalla kifayətlənib. O, yarımfinalda Pavel Artamanova (Rusiya) qalib gələrək finala yüksəlmişdi.

60 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Firdovsi Fərzəliyev isə finalda  Kalvis Kalninslə (Latviya) üz-üzə gəlib və uduzub.

Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right