Abbasovdan gümüş, Şəriətidən bürünc medal - "Minsk-2019"

Bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarına yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, son yarış günündə 2 güləşçimiz döşək üzərinə çıxıb. 87 kq çəkidə mübarizə aparan İslam Abbasov finalda ukraynalı Yan Belenyukla üz-üzə gəlib. 1:3 hesabı ilə uduzan pəhləvanımız gümüş medalla kifayətlənib.

130 kiloda yarışan Sabah Şəriəti isə ilk təsəlliverici görüşdə litvalı Romas Fridrikası üstələyib - 3:1. Onun bürünc medal uğrunda sonuncu rəqibi Oskar Marvik (Norveç) olub. 3:2 hesablı qələbə qazanan güləşçimiz bürünc medala sahib çıxıb.

Bununla da güləş üzrə yığmamızın Avropa oyunlarında qazandığı medalların sayı 10-a çatıb. Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Mariya Stadnik (50 kq) qızıl, Nurməhəmməd Hacıyev (97 kq), Elmira Qəmbərova (62 kq), İslam Abbasov (87 kq) gümüş, Hacımurad Hacıyev (74 kq), Cəmaləddin Məhəmmədov (125 kq), Alena Kolesnik (57 kq) və Sabah Şəriəti (130 kq) bürünc medal qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right