Karateçimiz Avropa Oyunlarının qalibi oldu

Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları davam edir. 

Newsport.az-ın məlumatına görə, bu gün karateçilər mübarizəyə qoşulub.

84 kq çəki dərəcəsindəki Asiman Qurbanlı əvvəlcə hollandiyalı Tirol Darnel Lardini məğlub edib - 2:0. Qurbanlı ikinci qarşılaşmasında Almaniya təmsilçisi Conatan Horne ilə heç-heçə (0:0) edib. O, üçüncü dueldə türkiyəli Alparslan Yamanoğlunu məğlub edərək (1:0) yarımfinala yüksəlib. Bu mərhələdə Qoqita Arkaniana (Gürcüstan) 8:0 hesabı ilə qalib gələn karateçimiz finala vəsiqə qazanıb. Finalda onun rəqibi xorvatiyalı İvan Kvesiç olub. Minimal hesablı (1:0) qələbə qazanan Qurbanlı II Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.

Kata növündə Türkiyə, İtaliya və Andorra idmançısı ilə yarışda 24.63 xal toplayan Roman Heydərov 3-cü yeri tutaraq, növbəti mərhələyə adlayıb. Onun bu mərhələdəki xalı (25.40) finala vəsiqə üçün yetərli olmayıb. Heydərov bürünc medal uğrunda almaniyalı İlya Smorqunerlə yarışıb. 25.46 xal toplayan karateçimiz rəqibini üstələyərək, bürünc medala sahib çıxıb.

Qadınların yarışında İrina Zaretskanın (68) rəqibləri Silviya Semeraro (İtaliya), Alize Aqier (Fransa) və Miroslava Kopunova (Slovakiya) olub. İtaliyalı ilə bərabərə qalan (0:0) təmsilçimiz digər iki rəqibinə müvafiq olaraq 7:2 və 6:0 hesab ilə qalib gəlib və qrup birincisi kimi yarımfinala yüksəlib. Final yolundakı son rəqib ukraynalı Halina Melnik olan Zaretska 1:0 hesablı qələbə sayəsində finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi ilk görüşdə bərabərə qaldığı italyan Silviya Semeraro olub. Eyni rəqibə bu dəfə 1:5 hesabı ilə uduzan karateçimiz gümüş medalla kifayətlənib





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right