Boksçumuz qızıl medal qazandı – "Minsk-2019"

Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycan boksçusu Alfonso Dominges final qarşılaşmasına çıxıb. 

81 kq mübarizə aparan təmsilçimiz qızıl medal uğrunda Bencamin Vittakerlə (Böyük Britaniya) üz-üzə gəlib. Rəqibinə 3:2 hesabı ilə qalib gələn boksçumuz ölkəmizə qızıl medal qazandırıb.


18:55. 81 kq, final

Alfonso Dominqes – Bencamin Vittaker (Böyük Britaniya) - 3:2

 

Qeyd edək ki, milliləşdirilmiş boksçu finala qədər  Stefan Xrekul (Ukrayna), Mixail Dauhaliavets (Belarus), Ziad əl-Mohor (Belçika) və Simeone Fiorini (İtaliya) məğlub edib.

Qeyd edək ki, bu, Azərbaycanın Avropa oyunlarında 23-cü medalı olub. Bunlardan dördü qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right