Qadın güləşçimiz finalda uduzdu - "Minsk-2019"

Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova  II Avropa Oyunlarında final görüşünə çıxıb.

Newsport.az-ın məlumatına görə, 62 kiloqram çəki dərəcəsində yarışan idmançımız Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb. O, rəqibinə 0:4 uduzaraq gümüş medalla kifayətlənməli olub.

Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.

Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah