Mariya Stadnikdən qızıl medal - Avropa oyunları

Azərbaycan qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.

Newsport.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu final görüşündə Oksana Livaçla (Ukrayna) üz-üzə gəlib və 7:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Bundan əvvəl sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right