Daha üç idmançımız mübarizəni dayandırdı

Azərbaycanın güllə atıcıları Ruslan Lunyov və Nigar Nəsirova  "Minsk 2019" 2-ci Avropa Oyunlarında mübarizəni dayandırıblar.

Newsport.az-ın məlumatına görə, təmsilçilərimiz kiçikçaplı tapança ilə 25 metr məsafəyə atəş açıblar. Onlar təsnifat yarışında 537 xal toplayaraq 14-cü olub. Atıcılar bu nəticədən sonra növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Azərbaycan velosipedçisi Sergey Omelçenkonun da çıxışı uğursuz olub. O, əvvəlcə trek yarışlarının təsnifat mərhələsində 22 velosipedçi arasında sonuncu olub, daha sonra 1/32 finalda polşalı Mateuş Zbiqnev Rudikə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right