Millimizə şok zərbə - final görüşünə çıxmayacaq

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Nurməhəmməd Hacıyev bu gün final görüşünə çıxa bilməyəcək.

Newsport.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, buna səbəb onun dünən yarımfinalda dizindən zədə almasıdır. Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev həlledici qarşılaşmaya çıxmayacaq. Bu isə o deməkdir ki, pəhləvanımız məcburiyyətdən gümüş medalla kifayətlənməli olacaq.

Qeyd edək ki, Hacıyev finalda rusiyalı güləşçi Abdulrəşid Sadullayevlə qarşılaşmalı idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right