Qadın güləşçilərimizin iki qızıl, iki bürünc şansı Avropa oyunları

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Newsport.az-ın məlumatına görə,  bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

 


50 kq

Güləşçimiz Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, bu mərhələdə Anna Lukasiakdan (Polşa) güclü olub - 10:0. Güləşçimiz rəqibini 52 saniyəyə məğlub edib. Stadnik yarımfinalda  Evin Demirhanla (Türkiyə) qarşılaşıb və 6:1 hesabı ilə qalib gəlib. O, həlledici qarşılaşmada rəqibi ukraynalı Oksana Livaç olacaq.

57 kq

Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finalda Ramona Qalambos (Macarıstan) ilə üz-üzə gəlib və 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.  Güləşçimiz 1/4 finalda Mimi Xristovaya (Bolqarıstan) uduzub - 0:6. Kolesnik təsəlliverici görüşlərə çıxacaq.

62 kq

Elmira Qəmbərova 1/8 finalda  Luzi Manke (Almaniya) ilə qarşılıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Qəmbərova 1/4 finalda Katarzina Madrovska (Polşa) ilə görüşüb. 9:0 hesabı ilə qalib gələn Qəmbərovanın yarımfinaldakı rəqibi Krişta İnçze (Rumıniya) olub. İdmançımız 4:1 qələbə qazanaraq finala yüksəlib.

76 kq

Səbirə Əliyeva isə ilk olaraq Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Georgina Neltorpla (Böyük Britaniya) üz-üzə gəlib. 8:2 hesabı ilə rəqibini məğlub edən Əliyeva yarımfinalda Frensi Rideltlə qarşılaşıb. Almaniyalı rəqibinə məğlub olan Səbirə şansını bürünc medal uğrunda sınayacaq. Onun rəqibinin adına sabah aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right