Dörd qadın güləşçimiz mübarizəyə başlayır Avropa oyunları

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Newsport.az-ın məlumatına görə,  bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulacaq.

50 kq

Güləşçimiz Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verəcək. Onun rəqibi Emanuela Liuzzi (İtaliya) / Anna Lukasiak (Polşa) görüşünün qalibi olacaq.

57 kq

Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finalda Ramona Qalambos (Macarıstan) ilə üz-üzə gələcək.

62 kq

Elmira Qəmbərova 1/8 finalda  Luzi Manke (Almaniya) ilə qarşılacaq

76 kq

Səbirə Əliyeva isə ilk olaraq Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right