Cüdoçularımız medal qazandı Yenilənib

2-ci Avropa Oyunlarında cüdoçularımızın bugünkü mübarizəsi başlayıb.
 
Newsport.az xəbər verir ki, ilk olaraq tatamiyə 100 kq-da Elmar Qasımov çıxıb. 
 
O, 1/16 finalda  ukraynalı Anton Savitki ilə üz-üzə gəlib. 
 
Qasımov bu görüşdə vazari xalı ilə qalib gəlib. 
***
90 kq-da Məmmədəli Mehdiyev  1/16 finalda  yerli idmançı Yahor Varapayevlə qarşılaşıb.  O, cərimə xalları ilə qalib gəlib.
***
Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Dosenə (Serbiya) qalib gələrək, 1/8 finala adlayıb. Onun bu mərhələdəki rəqibi Toma Nikiforov (Belçika) olacaq. 
***
Zelim Kostoyev 1/ finalda Toma Nikiforova uduzaraq mübarizəni 1/8 finalda dayandırıb. 
***
Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbsi (Almaniya) məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə Böyük Britaniyadan olan Sara Edlinqton görüşəcək.
***
Uşanqi Kokauri (100+) isə 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca hollandiyalı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevlə güləşəcək.
***
Məmmədəli Mehdiyev 1/8 finalda Aurilyena Disse (Fransa) üzərində qələbəni bayram edib.
***
Elmar Qasımov 1/8 finalda estoniyalı Qriqori Minaskinə qalib gəlib.
***
Uşanqi Kakauri 1/4 finalda rusiyalı İnal Tasoyev üzərində qələbə qazanıb. 
***
Məmmədəli Mehdiyev ¼ finalda Türkiyə təmsilçisi Mikael Özerlere uduzub. O, təsəlliverici görüşdə  isveçrəli Ciril Qrossklaus ilə qarşılaşacaq.
***
Elmar Qasımov ¼  finalda fransalı Siril Maneyə məğlub olub. İdmançımız təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi mübarizədən kənarlaşdırıb.
Qasımov bürünc medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Daniel Mukete ilə üz-üzə gələcək.
***
Uşanqi Kakauri yarımfinalda rusiyalı İnal Tasoyevə uduzub.
***
İrina Kindzerska 1/4 finalda isə britaniyalı Sara Adlinqtonu ipponla məğlub edərək yarımfinala adlayıb. İdmançımız finala vəsiqə uğrunda Belarus təmsilçisi Marina Slutskaya ilə görüşəcək.
***
İrina yarımfinalda Marina Slutskaya uduzaraq bürünc medal üçün yarışacaq.
 
***
Azərbaycanın daha bir cüdoçusu Belarusun paytaxı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə Hollandiya təmsilçisi Vant end Noeli məğlub edib.

***
Azərbaycanın daha bir cüdoçusu Belarusun paytaxı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanıb.

Bu dəfə 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov bürünc medal qazanıb. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçə ipponla qalib gəlib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah