Avropa oyunlarında ilk medalımız

Bu gün "Minsk 2019" II Avropa Oyunlarında akrobatika gimnastikası üzrə yarışlara da start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan turnirdəki ilk medalını da məhz bu idman növündə qazanıb. Akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi cütlüyü ikinci olaraq, "gümüş"ə sahib çıxıblar.

Qeyd edək ki, bu növdə yarışın qalibi 29,060 xalla Viktoriy Aksenova – Kirill Startsev (Rusiya) olub. Üçüncü yeri isə 28,810 xalla Artur Belyakov – Olqa Melnik (Belarus) cütlüyü tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right