“Minsk 2019”: Samboçumuz bürünc medal uğrunda mübarizə aparacaq

“Minsk 2019” ikinci Avropa Oyunlarında samboçularımızın mübarizəsi davam edir.

Newsport.az xəbər verir ki, yarışa dörddəbir final mərhələsindən başlayan Emil Həsənov (68 kq) Rumıniya idmançısı Laszlo-Zsolt Szokeyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə onun rəqibi Gürcüstan idmançısı Mindia Liluaşvili olacaq.

Komandamızın digər üzvləri Mehman Xəlilov (57 kq) Belarus təmsilçisi Vladislav Burdsa, Ceyhun Hüseynov (82 kq) isə gürcüstanlı Besarioni Berulavaya uduzublar. C.Hüseynov təsəlliverici qarşılaşmada italiyalı Alessio Mikeli ilə görüşəcək. M.Xəlilov isə Əmrə Çəlik (Türkiyə) - İvan Pilipiyak (Ukrayna) qarşılaşmasının qalibi ilə üçüncü yer uğrunda üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right