Daha 3 güləşçimiz yarışa qoşulur

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Newsport.az xəbər verir ki, sabah 40, 46, 53, 61 və 69 kq-da çıxış edən qız güləşçilər mübarizəyə qoşulacaq.

Sabah 3 qız güləşçimiz döşək üzərinə çıxacaq.

46 kq-da yarışan Lalə Mirzəyeva təsnifat mərhələsində polşalı Marta Qruşkieviçi üstələməlidi.

Elnurə Məmmədova (53 kq) ilk görüşünü 1/8 finalda keçirəcək. Onun rəqibi Amori Olivya Andriç (Almaniya) olacaq.

61 kq çəkidə ölkəmizi təmsil edən Mərziyə Sadıqova isə ilk olaraq 1/8 finalda Çadia Ayaçi (Fransa) üzərində qələbə qazanmalıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right