"Finala vəsiqə qazanmaq istəyirdik" autsayder yığmamızın üzvü

"Gürcüstan gənc oyunçuları olan komandadı. Onlarla hər iki oyunda qalib gəldik". Newsport.az saytı xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Həsənli deyib.

Komandamız Gümüş Avropa Liqasında qrup mərhələsinin V turunda Gürcüstan üzərində 3:0 hesablı qələbə qazanıb.

Həsənli növbəti görüşlə bağlı hədəflərini də açıqlayıb: "Doğrusu, bütün oyunlarda qalib gəlmək və finala vəsiqə qazanmaq istəyirdik. Gördüyünüz kimi, bu il bunu edə bilmədik. Aleksey Çervyakov zədəli olduğu üçün bu oyunlarda komandamıza kömək edə bilmədi, mən də əlimdən gəldiyi qədər yaxşı oynamağa çalışdım və yenə də çalışacağam. Son oyunlarımız çətin oldu. Rumıniyaya səfərdə məğlub olsaq da, səfərdə rəqibimizdən 1 set ala bildik. Danimarkaya da 0:3 hesabı ilə məğlub olduq, amma Bakıdakı cavab oyununda qalib gəlməyə çalışacağıq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah