Millimizin kapitanı: Çox səhvlərə yol verdik

“Oyuna pis başladıq. Amma üçüncü hissədə toparlanıb, qalib gəlsək də ardını gətirə bilmədik”. Newsport.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.

Komandamızın kapitanı Qızıl Avropa Liqasında Finlandiyaya 1:3 hesablı məğlubiyyətin səbəbini açıqlayıb. O bildirib ki, rəqiblə müqayisə daha çox səhv etdikləri üçün qələbə qazana bilməyiblər: “Düşünürəm ki, II turda ispanlarla oyundan fərqli, daha yaxşı oynadıq. Amma çox səhvlərə yol verdik. Rəqibimiz sürətli hücum edirdi. Buna görə də blokda istədiyim kimi oynaya bilmədim. Ümid edirəm ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi daha öncə Belarus və İspaniyaya da uduzub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right