Millimizin baş məşqçisi: "Yaxşı olacaq"

"Hər şeydən əvvəl deyə bilərəm ki, ilk iki hissədə çox pis oynadıq əsasda top qəbulunda və hücumda. Hücumda düzgün mövqeləri seçə bilmədik. Amma sonra toparlandıq və yaxşı oynamağa başladıq. IV setdə isə çox bağışlanmaz səhvlər etdik. Rəqiblə oynamaq çətin idi. Çünki onlar fərqli və sürətli voleybol oynayırlar".

Newsport.az-ın məlumatına görə, bunu voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Covanni Kaprara Qızıl Avropa Liqasında Finlandiyaya evdə 1:3 hesabı ilə uduzduqları III tur matçından sonra deyib. 

İtaliyalı mütəxəssis ardıcıl məğlubiyyətlərə rəğmən, vəziyyəti düzəldəcəklərinə əminlik ifadə edib: "Biz iki həftədir toplanmışıq, birgə məşqlər üçün çox vaxtımız olmadı. İnanıram ki, addım-addım daha yaxşı oynayacağıq. Oyunçularımın hər top uğrunda mübarizə aparmağa çalışmalarından razıyam. Yaxşı olacağına ümid edirəm".

Kapitan Ayşən Abduləzimova da növbəti oyunlarda daha yaxşı çıxış edəcəklərinə ümidvar olduğunu vurğulayıb: "Oyuna pis başladıq amma 3-cü setdə toparlanıb qalib gəldik. Düşünürəm ki, İspaniya ilə oyunla müqayisədə daha yaxşı çıxış etdik. Oyunumuz haqqında deyə bilərəm ki, özümüz çox səhvlərə yol verdik. Rəqibimiz sürətli hücum edirdi buna görədə blokda istədiyim kimi oynaya bilmədik. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı oyun göstərəcəyik".

Qeyd edək ki, hazırda Azərbaycan millisi 3 oyundan 1 xalla C qrupunun sonuncusudur. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right