Millimiz Finlandiyaya da uduzdu

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında III turun oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Voleybol Mərkəzində keçirilmiş qarşılaşmada rəqib Finalandiya yığması olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:3 (17-25, 16-25, 25-19, 22-25). C qrupun digər görüşündə Belarus İspaniyanı eyni hesabla udub.  

Bu, Azərbaycan yığmasının ardıcıl 3-cü məğlubiyyəti olub. Daha əvvəl səfərdə Belarusa 2:3 hesabı ilə uduzan milli evdə İspaniyaya yenilib – 0:3. 

3 turdan sonra Belarus 8 xalla liderdir. İspaniya 6 xalla 2-ci, Finlandiya 3 xalla 3-cü pillədə yer alıb. 1 xala malik Azərbaycan millisi isə qrupda sonuncudur. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right