"Bakı Olimpiadaya namizədlikdə əksər ölkələri geridə qoyacaq"

"Avropa Liqasının finalı yüksək səviyyədə təşkil edildi. Çünki Azərbaycan 25 ildir dünya səviyyəli iclas, yarışların hamısından üzüağ çıxıb".

Newsport.az-ın məlumatına görə, bunu Türkiyə Milli Olimpiya Komitəsinin (TMOK) üzvü, professor doktor İbrahim Öztek deyib.

O, "Azərbaycanda təşkil edilən bir çox yarışa, xüsusən də, futbol oyunlarına Türkiyədən çox sayda azarkeş getdiyini söyləyib: "Bunda Azərbaycanın Türkiyə üçün tətbiq etdiyi sadələşdirilmiş vizanın önəmi böyükdür.Bundan başqa, məskunlaşmaqda da heç bir problem yaşanmır. Avropa Liqasının finalı üçün dünyanın bir çox yerindən azarkeş  Bakını doldurdu. Stadionu, bazası və otelləri ilə Bakının ən qısa zamanda Olimpiadaya namizədlikdə də əksər ölkələri geridə qoyacağına əminəm. 2015-ci ildə ilk dəfə təşkil edilən Avropa Oyunları, ardınca Bakı küçələrinə səs salan "Formula-1", İslam Həmrəyliyi Oyunları ilə Qafqazın ulduzu olan Azərbaycan 2000-ci ildən bəri 40-a yaxın yarış təşkil edərək, çox böyük addımlar atdı. Sırada Avro-2020-dir. Ən azı 50 ölkənin qatılması ilə bu yarışlar mədəniyyət, sosial və turistik cəhətdən tanınmağa şərait yaratdı, Bakıya rəng qatdı".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah