İki boksçumuz yarımfinala yüksəldi

Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisində 1/4 final mərhələsinin görüşləri başa çatıb. Newsport.az xəbər verir ki, yarışa 4 idmançı ilə qatılan Azərbaycan millisinin 2 üzvü yarımfinala vəsiqə əldə edib.

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqes (81 kq) 1/2 finalda iştirak hüququ qazanıblar. Onlar müvafiq olaraq, Marsel Rumpler (Avstriya) və Bayram Malkandan (Türkiyə) güclü olublar.

Digər boksçularımızdan Elvin Məmişzadə (52 kq) macarıstanlı Martin Virbana, Sərxan Əliyev (63 kq) isə braziliyalı Vanders Oliveyraya məğlub olub.

Qeyd edək ki, yarışda bu gün yarımfinal, sabah final döyüşləri olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right