Azərbaycan millisi Belarusa uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Newsport.az xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komandamız Minskdəki hazırlıq prosesi çərçivəsində Belarus millisi ilə ikinci dəfə qarşılaşıb.

Qızıl Avropa Liqasında eyni qrupda mübarizə aparan komandaların duelində rəqib güclü olub. “Çijovka Arena”da keçirilən görüşdə belaruslular 3:0 hesabı ilə qalib gəlib. Sonradan qarşılıqlı razılıq əsasında daha bir set oynanılıb və bu dəfə Azərbaycan yığması qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan və Belarus yığmaları arasında ilk matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Yoxlama oyunu
22 may
Belarus – Azərbaycan – 3:1 (25:14, 25:21, 25:15, 17:25)

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah