Güləşçilərimizin İtaliyaya sınağı

Sabah İtaliyanın Sassari şəhərində güləş üzrə Matteo Pellikone Memorialı keçiriləcək. Newsport.az xəbər verir ki, mayın 25-dək davam edəcək turnirdə ölkəmizi qadın güləşçilərimiz təmsil edəcək.

Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında son Avropa çempionatının medalçıları - Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova (hamısı 62 kq) İtaliyada da uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right