Azərbaycanın Olimpiya Oyunlarına ilk lisenziyasını o qazandı

Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. 
 
Newsport.az xəbər verir ki, bu uğura atlet Anna Skidan imza atıb. 
 
Çəkicatma növündə çıxış edən idmançımız Çinin Nanjinq şəhərində keçirilən “World Challange”də 72,92 m nəticə göstərərək, 5-ci olub. Bu, onun Tokio-2020-yə vəsiqəsini rəsmiləşdirib. Halbuki Olimpiadaya lisenziya əldə etmək üçün 72,50 m nəticə də kifayət idi. 
 
Qeyd edək ki, Tokio-2020 iyunun 24-dən avqustun 9-dək keçiriləcək.
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah