Yığmamız Kiyev turnirinə hazırlaşır

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir. Newsport.az xəbər verir ki, aprelin 24-dən startı verilən hazırlıq prosesində baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli, eləcə də gənclərin böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında 30-a yaxın güləşçi iştirak edir.

Aralarında gənclərin də yer aldığı geniş heyət gündə 3 dəfə məşq edir. Gündüz fiziki hazırlığa diqqət yetirilirsə, axşam əsasən taktiki-texniki çalışmalara üstünlük verilir.

Qeyd edək ki, Göygöl toplanışı mayın 8-dək davam edəcək. Daha sonra millimiz mayın 10-dan 12-dək Ukraynada keçiriləcək beynəlxalq turnirdə çıxış etmək üçün Kiyevə yollanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right