"Real" Beylin transfer qiymətini müəyyənləşdirdi

İspaniyanın "Real" klubundan ayrılacağı gözlənilən Qaret Beyl üçün yeni iddia yayılıb.

Newsport.az AS nəşrinə xəbər verir ki, Madrid klubu 29 yaşlı cinah futbolçuya 130 milyon avro qiymət qoyub. Xəbərdə "Mançester Yunayted"in Beyli İngiltərə qaytarmaqda maraqlı olduğu vurğulanıb.

Qeyd edək ki, Uels millisinin "Kral klubu" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Beyl cari mövsüm 38 oyuna 14 qol vurub, 5 assist edib. 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah