Xanımlar mübarizəyə qoşulur Yenilənir

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. Newsport.az saytının məlumatına görə, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə qoşulacaq.

Təmsilçilərimiz 50, 59, 68 və 76 kq çəki dərəcələrində medal qazanmaq üçün döşək üzərinə çıxacaqlar.

50 kq

Türkan Nəsirova turnirə 1/4 final mərhələsindən start verəcək. Xanım güləşçimizin ilk rəqibi ukraynalı Oksana Livaç olacaq.

59 kq

Elmira Qəmbərova da qitə birinciliyinə 1/4 finaldan başlayacaq. O, ilk olaraq rusiyalı Svetlana Lipatova ilə güləşəcək.

68 kq

Legionerimiz İrina Netreba ilk olaraq təsnifat mərhələsində çışıx edəcək. Netreba əvvəlcə Yevgeniya Andreyçikavanı (Belrus) yolundan kənarlaşdırmalıdır.

76 kq

Səbirə Əliyeva isə AÇ-yə 1/8 final mərhələsindən start verəcək. O, Natalya Lanko (Belarus) ilə mübarizədə 1/4 finalı hədəfləyir.

 

Bundan başqa ötən gün yarışa start vermiş və medal qazanmaq şanslarını qoruyan kişi güləşçilərimiz həlledici görüşlərini keçirəcəklər.

74 kq

Hacımurad Hacıyev bu gün bürünc medal uğrunda yarışacaq. Onun rəqibinin kimliyinə gün ərzində aydınlıq gələcək.

86 kq

Murad Süleymanov da üçüncülük uğrunda mübarizə aparacaq. Pəhləvanımızın kimlə güləşəcəyi bu gün bəlli olacaq.

92 kq

Avropa Çempionatında növbəti qızıl medal ümidimiz Şərif Şərifov komandamıza növbəti çempionluğu yaşada bilər. Bunun üçün Şərif polşalı Zbiqnev Baranovskidən üstün olmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right